Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:16

Azərbaycanın Mərkəzi Bankı valyuta risklərinə nəzarəti dayandırıb


Foto arxiv

Foto arxiv

Azərbaycanın Mərkəzi Bankı gələn ilyanvarın 1-dək valyuta risklərinin tənzimləməsi və ona nəzarəti dayandırıb.

Mərkəzi Bankdan banklara göndərilən məktuba görə, qərar fevralın 26-da qəbul edilib. Amma məktubda bunun səbəbləri açıqlanmır.

Hüquqşünas Əkrəm Həsənov bunu düzgün addım hesab etmir.

O bunun “Banklar haqqında” qanun və 2001-ci ildə qəbul edilmiş müvafiq normativ aktda nəzərdə tutulmadığını deyir.

Əkrəm Həsənov deyir ki, açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi haqda qaydalar valyuta əməliyyatları zamanı məzənnə riskinin tənzimlənməsinə yönəlib və bu olmadığı halda itki riski yaranır.

Xatırladaq ki, Mərkəzi Bank fevralın 21-də manatın ABŞ dollarına nisbətdə 34% devalvasiya olması barədə qərar qəbul edib və nəticədə banklar milli və xarici valyuta arasındakı məzənnə fərqi ilə bağlı öhdəliklərin yerinə yetirilməsində çətin vəziyyətə düşüb.

XS
SM
MD
LG