Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:35

İlya Yashin Nemtsovun qətlinin islamla bağlılığını cəfəng sayır


 Ilya Yashin

Ilya Yashin

-

Rusiyanın qətlə yetirilən müxalifət lideri Boris Nemtsovun müttəfiqi İlya Yashin bu məsələnin islamçılarla bağlı olmasının mümkünlüyünü şübhə altında qoyur.

Nemtsovun partiyasının həmsədri olan Yashin martın 9-da özünün Twitter səhifəsində yazıb ki, müstənqiqlərin belə bir mənasız versiyası Kremli qane edir və prezident Putini “atəş xətti”, hədəfdən çıxarır.

O qeyd edib ki, tətiyi çəkən mühakimə olunacaq, qətlin sifarişçisi isə azadlıqda gəzəcək.

Martın 8-də əslən çeçen olan Zaur Dadaev və Anzor Gubashevə qarşı rəsmi ittiham irəli sürülüb.

Dadaev bu qətldə əli olmasını boynuna alıb, Gubashev isə ittihamı rədd edir.

Bundan başqa 3 nəfər şübhəli bilinir.

Onların 5-də hazırdahəbsdədir.

Prezident Vladimir Putinin sərt tənqidçilərindən olan Boris Nemtsov fevralın27-də Moskvanın mərkəzində öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG