Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:38

İlham Əliyev Rusiya Olimpiya Komitəsinin vitse-prezidentini qəbul edib


Igor Levitin

Igor Levitin

-

Prezident İlham Əliyev martın 9-da Rusiya prezidentinin köməkçisi, Rusiya Olimpiya Komitəsinin vitse-prezidenti Igor Levitin-i qəbul edib.

president.az-ın məlumatına görə, Igor Levitin ölkəsinin Bakıda keçiriləcək birinci Avropa Oyunlarında 300-dək idmançı ilə təmsil olunacağını deyib. O, eyni zamanda, Rusiya idmançılarınınbu tədbirə ciddi hazırlaşdıqlarını bildirib.

Levitin Azərbaycanda Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil ediləcəyinə ümidvar olduğunu bildirib.

İlham Əliyev Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması üçün Azərbaycanın bütün səylərini əsirgəmədiyini deyib. O, bu idman yarışının təkcə Azərbaycan üçün deyil, ümumilikdə idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi önəmi olduğunu qeyd edib.​

XS
SM
MD
LG