Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:57

ATƏT-in sədri Lamberto Zannier martın 8-də Gürcüstana 3 günlük rəsmi səfərə gedib.

O səfər zamanı prezident Giorgi Margvelashvili, baş nazir Irakli Garibashvili, xarici işlər naziri Tamar Beruchashvili, deputatlar və digər ölkə rəsmiləri ilə görüşəcək.

Xarici işlər Nazirliyinin məlumatına görə, Zannier Gürcüstanın separatçı bölgəsi Cənubi Osetiya ilə sərhəd bölgəsinə də baş çəkəcək.

Rusiya 2008-ci ildə Gürcüstanla qısa müharibədən sonra Gürcüstanın separatçı bölgələri Abxaziya ilə Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıyıb.

Moskva bu regionlar üzərində nəzarətini gücləndirmək üçün son aylar onlarla yeni strateji müqavilələr imzalayıb.

Gürcüstan bu müqavilələrin heç bir hüquqi qüvvəsi olmadığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG