Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:31

Ukrayna hərbçiləri rusiyapərəst separatçıları atəşkəsi pozmaqda günahlandırır


Foto arxiv

Foto arxiv

Ukrayna hərbçiləri rusiyapərəst separatçıların martın 9-da atəşkəs rejimini bir neçə dəfə pozduqlarını deyirlər.

Hərbi qərargahdan verilən məlumata görə, separatçılar axşam saat 8-dən səhər saat 6-dək hökumət qoşunlarının mövqelərini 16 dəfə atəşə tutublar.

Əsasən də mina və qumbaraatanlardan.

Ən çox gərginlik Donetsk vilayətində qeydə alınıb.

Fevralın 12-də Minskdə əldə edilmiş atəşkəs razılaşmasından sonra gərginliyin xeyli səngidiyi müşahidə olunur.

Amma Ukrayna hakimiyyəti ehtiyat edir ki, separatçılar bundan yeni hücumlara hazırlaşmaq üçün istifadə edə bilərlər.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG