Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:41

-

Heydər Əliyev prospektində nəqliyyat sıxlığının aradan qaldırılması üçün yolun genişləndirilməsi işləri həyata keçirilib.

Bunu apa-ya Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin Mətbuat Katibliyinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun dediyinə görə, Heydər Əliyev mərkəzinin qarşısındakı köməkçi yoldan əsas yola keçərkən yaranan sıxlığın aradan qaldırılması üçün müəyyən tədbirlər görülüb:

«Heydər Əliyev mərkəzinin qarşısından «Bazarstore» qovşağına qədər olan 200 metrlik hissədə yol 4.5 metr genişləndirilib. Artıq yolun asfalt-beton örtüyü vurulub, üfüqi nişanlanma xətləri rənglənib və beləliklə də həmin yolda zolaq sayı artırılıb».

Pünhan Mürsəliyev başqa bir dəyişiklik haqda da məlumat verib. Deyib ki, Xətai prospektindən hərəkət edən nəqliyyat vasitələri «Bazarstore» qovşağından Heydər Əliyev prospektinə keçərkən görüntü məhdud idi. Buna görə də manevr imkanları normal deyildi:

«Manevr imkanlarını artırmaq üçün bir az qarşı tərəfdə, görüntünün daha yaxşı olduğu ərazidə 25 metr enində olan ayrıcı yol sökülüb və əsas yoldan köməkçi yola keçmək üçün yer düzəldilib. Bundan sonra Xətai prospektindən hərəkət edən nəqliyyat vasitələrinin «Bazarstore» qovşağından düşən kimi, köməkçi yola keçməsinə ehtiyac olmayacaq. Belə ki, onlar bir az qabağa gedərək orada olan ayrıcı zolaq vasitəsilə əsas yoldan köməkçi yola keçə biləcəklər. Bu da həmin ərazidəki sıxlığın aradan qalxmasına yardımçı olacaq».​

Günün bütün mövzuları

XS
SM
MD
LG