Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:04

Polşa şirkəti Bakıda metro stansiyası tikəcək


Bakı metrosu
Bakı metrosu

-

Polşanın TINES şirkəti Bakı Metropoliteninin yeni xəttinin tikintisində iştirak edəcək.

Bunu Trend-ə Polşanın Azərbaycandakı səfiri Marek Сalka deyib.

Onun sözlərinсə, yaxın vaxtlarda şirkət və «Bakı Metropoliteni» QSC arasında anlaşma memorandumu imzalanacaq.

Bu layihədə iştirakla bağlı şirkətlə iki il danışıqlar aparılıb.

Diplomatın dediyinə görə, memorandum Polşa Baş nazirinin müavini, iqtisadiyyat naziri Janusz Piechociński-nin Azərbaycana səfəri çərçivəsində imzalanmalıdır. Nazir Azərbaycana mayda kənd təsərrüfatı məhsulları sərgisində iştirak etmək üçün gələcək. Polşa nümayəndə heyətinin tərkibində ölkənin bir sıra iri firmalarının nümayəndələri olacaq.

M.Сalka əlavə edib ki, Polşa ixtisaslı kadrların hazırlanmasına da yardım etməyə hazırdır: «Ölkəmizdə ilk növbədə iqtisadiyyat, mühəndislik kimi ixtisaslar üzrə yüksəkkeyfiyyətli təhsil almaq mümkündür. Biz Azərbaycan gənclərinə belə imkan verməyə hazırıq. Şərtlər Polşa Baş nazirinin müavininin Bakıya səfəri zamanı razılaşdırıla bilər».

XS
SM
MD
LG