Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:55

Suriyada neft emalı zavodu vurulub


Suriyada neft emalı zavodu hücumdan sonra, arxiv foto
Suriyada neft emalı zavodu hücumdan sonra, arxiv foto

-

ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyada İslam Dövləti (İD) ekstremist qrupuna məxsus neft emalı zavoduna zərbə endirib.

Suriyada İnsan Haqlarını Müşahidə Təşkilatı bildirir ki, martın 8-də baş vermiş hücumda 30 nəfər öldürülüb. Onların arasında zavodun fəhlələri və İD yaraqlıları da var.

Zavod Türkiyə ilə sərhəd yaxınlığında Tel Abyad şəhərindən şimalşərqdə yerləşir.

Koalisiya sözçüsü məlumatı təsdiqləməyib.

İD-nin Suriyanın şimalında və şərqində tutduğu ərazilərdə neft istehsalı regionları da var. Qrupun fəaliyyətinə maliyyə də həmin ərazilərdən gəlir.

BMT-nin noyabrda yaydığı hesabata görə, İD-nin neftdən gəliri günə 846000 dollardan 1.6 milyon dollaradək dəyişir.

Ancaq Pentaqon bildirir ki, koalisiya hava hücumları endirəndən bəri bu gəlir dramatik azalıb. Üstəlik neftin qiymətinin düşməsi qara bazara da təsirini göstərib.

XS
SM
MD
LG