Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:19

Pakistanda 40 milyon nəfərin tualeti yoxdur


Arxif foto
Arxif foto

-

UNİCEF rəsmisi deyir ki, Pakistanda 40 milyondan çox adamın tualeti yoxdur və təbii ehtiyaclarını açıq havada ödəməyə məcburdur. BMT-nun uşaq agentliyinin icraçı direktorunun müavini Geeta Rao Gupta bu barədə danışıb. Onun sözlərinə görə, nəticədə, Pakistanda çoxları “ciddi sağlamlıq və qidalanma fəsadları” riski ilə üzləşir.

Pakistan dünyada insanların açıq havada tualetə çıxdığı üçüncü ölkədir. Ondan əvvəlki yerləri Hindistan və İndoneziya tutur.

Associated Press agentliyinə müsahibəsində Gupta deyib ki, bu problem xəstəliklər yayır, bağırsaq xəstəliklərinə gətirir, uşaqların boyunun uzanmamasına gətirib çıxarır.

Qısaboyluluq uşaqlarda beyin inkişafını da əngəlləyir. Balacaboy uşaqlar daha çox xəstələnir, təhsildə elə də yaxşı göstəricilərə nail ola bilmir. Qısaboylu analar da dünyaya balacaboy uşaqlar gətirir.

XS
SM
MD
LG