Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:35

-

ABŞ prezidenti Barack Obama martın 9-da Vaşinqtonda Avropa Birliyinin prezidenti Donald Tusk ilə görüşəcək.

Ağ Evin məlumatına görə, tərəflər Ukraynanın şərqindəki münaqişə və digər məsələləri müzakirə edəcəklər.

Mİnsk sazişindən sonra Ukraynanın şərqində zorakılıq azalıb. Saziş həmçinin cəbhə xəttindən ağır texnikanın çıxarılmasını nəzərdə tutur.

Martın 8-də Ukrayna ordusunun sözçüsü son 24 saat ərzində bir hərbçinin öldürüldüyünü, 3-nün yaralandığını bildirib.

AB-nin xarici işlər nazirləri yeni sanksiyaları tətbiq etməmişdən atəşkəs sazişinə şans verəcəklərini deyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG