Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:05

«Bakı-Xəbər»: «Hökumət inhisarçı qüvvələrin əlində aciz qalıb»


«Yeni Müsavat» qəzetindəki «Dövlət çevrilişi»ndə amerikalıların adının hallanması Rusiyanın planıdır» başlıqlı məqalədə müəllif yazır ki, dövlət çevrilişinə cəhd edənlər sırasında ABŞ-ın Azərbaycandakı sabiq səfiri Rino Harnişin adının hallandırılması onu deməyə əsas verir ki, istintaq «çevriliş» məsələsinin doğrudan da «ciddi» olduğuna cəmiyyəti inandırmaq istəyir. Müəllif qeyd edir ki, «çevriliş» planında amerikanların adının hallandırılması ilk hadisə deyil. Hələ bu ilin əvvəlində sabiq İqtisadi İnkişaf naziri Fərnad Əliyevin ABŞ-ın keçmiş Dövlət katibi Madlen Olbraytla görüşməsini «dövlət çevrilişi»nə nazırlığın əlaməti kimi təqdim edənlər tapılmışdı. İndi R.Harnişin adının ortaya atılması isə hakimiyyətin bu məsələnin üstündən keçmək niyyətində olmadığını ortaya çıxarır. Müəllifin həmsöhbəti sabiq tənlükəsizlik xidməti zabiti hesab edir ki, hətta keçmiş səfir və akademik Cəlal Əliyevin adı bu işdə olsa belə, həmin «faktlar» kompromat kimi əldə saxlanılacaq, lakin heç vaxt açıqlanmayacaq. Ekspertin fikrincə, bu məlumatlar Azərbaycanın bütövlüklə Rusiyanın nəzarətinə keçdiyi təqdirdə ictimailəşə bilər.


«Şərq» qəzetindəki «Büd­cə la­yi­hə­sin­də ça­tış­maz­lıq­lar var» başlıqlı məqalədə bildirilir ki, 2007-ci ilin «Döv­lət büd­cə­si haq­qın­da» qa­nun la­yi­hə­si no­yab­rın 3-də Mil­li Məc­li­sin İq­ti­sa­di Si­ya­sət Dai­mi Ko­mis­si­ya­sın­da mü­za­ki­rə­yə çı­xa­rı­la­caq. Mü­za­ki­rə­lər za­ma­nı ko­mis­si­ya üzv­lə­ri­nin qa­nun la­yi­hə­si ilə bağ­lı tək­lif­lər ve­rə­cə­yi göz­lə­ni­lir. Bu tək­lif­lər yal­nız büd­cə ay­rıl­ma­la­rı­nın sə­mə­rə­li is­ti­fa­də­si ilə bağ­lı ol­ma­ya­caq. Sə­nəd­lə ta­nış olan ko­mis­si­ya üzv­lə­ri qa­nun la­yi­hə­sin­də cid­di ça­tış­maz­lıq­la­rın ol­du­ğu­nu mü­əy­yən­ləş­di­rib­lər. 2007-ci ilin döv­lət büd­cə­si ilə bağ­lı qa­nun la­yi­hə­si ar­tıq bey­nəl­xalq ma­liy­yə qu­rum­la­rı­nın nü­ma­yən­də­lə­ri tə­rə­fin­dən də tən­qi­də mə­ruz qa­lıb. Sə­nə­də rəy ve­rən Dün­ya Ban­kı və Bey­nəl­xalq Val­yu­ta Fon­du­nun eks­pert­lə­ri büd­cə la­yi­hə­si­nin şi­şir­dil­di­yi­ni və büd­cə xərc­lə­ri­nin 6 mil­yon ma­na­ta çat­dı­rıl­ma­sı­nın öl­kə­də­ki inf­lya­si­ya­nı da­ha da sü­rət­lən­di­rə­cə­yi­ni proq­noz­laş­dı­rıb­lar.


«Bakı-Xəbər» qəzetindəki «Hö­ku­mət in­hi­sar­çı qüv­və­lə­rin əlin­də aciz qa­lıb» başlıqlı məqalədə söhbət günü-gündən bahalaşan tikinti materiallarından gedir. Müəllif yazır ki, be­lə ma­te­ri­al­lar sı­ra­sın­da se­men­tin qiy­mə­tin­də da­ha çox ar­tım mü­şa­hi­də olu­nub. «Qa­ra­dağ» Se­ment Za­vo­dun­dan ve­ri­lən mə­lu­ma­ta gö­rə, se­men­tin qiy­mə­ti­nin kəs­kin şə­kil­də artma­sı­na əsas sə­bəb da­xi­li ba­zar­da bu məh­su­la tə­lə­ba­tın artma­sı­dır. Han­sı sə­bəb­dən se­ment və di­gər ti­kin­ti ma­te­ri­al­la­rı­nın kəs­kin ba­ha­laş­ma­sı­na gə­lin­cə, ekspertlər bu­nu, da­ha çox, mo­no­po­li­ya fak­to­ru ilə izah edir­lər. İn­di bu mo­no­po­li­ya hal­la­rı həm da­xi­li ba­zar­da, həm də xa­ric­dən gə­ti­ri­lən məh­sul­lar üzə­rin­də özü­nü açıq şə­kil­də bü­ru­zə ve­rir. Be­lə ki, yer­li iş adam­la­rı­nın ço­xu öl­kə­də, «Qa­ra­dağ» Se­ment Za­vo­dun­dan baş­qa, se­ment za­vo­du­nun ti­kin­ti­si­nə ica­zə ve­ril­mə­mə­sin­dən şi­ka­yət­lə­nir. İn­di­yə ki­mi, ye­ni se­ment za­vo­du­nun in­şa­sı ilə bağ­lı edi­lən cəhdlə­rə yu­xa­rı da­i­rə­lər­dən müs­bət ca­vab ve­ril­mə­mə­si iş adam­la­rın­da həm də cid­di na­ra­zı­lı­ğın ya­ran­ma­sı­na sə­bəb olub.


«Statistik məlumatlara görə, ölkədə inflyasiya həddi 6-7 faizdir. Amma bazardakı qiymətlər və bu qiymətlərin sürətli artımı göstərir ki, ölkədə inflyasiya həddi deyiləndən çoxdur». Parlamentin İqtisadi Siyasət Daimi Komissiyasının üzvü, millət vəkili Vahid Əhmədov «Mərkəz» qəzetinin əməkdaşı ilə söhbətində belə deyib. İqtisadçı konkret rəqəm söyləməsə də, inflyasiya həddinin iki rəqəmlə ifadə olunduğunu istisna etmir. Millət vəkili hesab edir ki, məhsulları kim necə istəyir, o qiymətə də satır. Ərzaq məhsulları ilə yanaşı, qeyri-ərzaq məhsullarının da qiymətinin artdığını deyən millət vəkilinin sözlərinə görə, bu, müxtəlif sahələrdəki monopoliya ilə bağlıdır. İqtisadçı indiki şəraitdə maaşların artırılması mexanizminin də effektli olmadığını deyir.


XS
SM
MD
LG