Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:16

Kəndlər işıqsız qalıb


Arxiv fotosu
Arxiv fotosu

“Rayon rəhbərliyi əhalini taleyin ümidinə buraxıb, Neftçala Elektrik Satışı Şəbəkəsinin nəzarətindəki kəndlərdə durum çox acınacaqlıdır” .

AzadlıqRadiosunun “Qaynar xətt”inə müraciət edən Salyan sakinləri bir neçə gündür ki, şam işığında oturduqlarını deyirlər. Onların deməsinə görə, rayonun bir neçə kəndəndə azı 10 gündür ki, elektrik yoxdur. Bu günlər ərzində evlərə verilən elektrik enerjisinin kəsilməsinə konkret səbəb göstərilmir.

DÜKANLAR, MƏKTƏBLƏR BAĞLIDIR

“Soyuğun, şəraitsizliyin üstünə bir də işıq problem əlavə olunub. Elektrikin olmamasından dükanlar, məktəblər bağlıdır. Aidiyyəti üzrə qurumlara şikayət etsək də tədbir görülmür”.

Sakinlərin deməsinə görə, Salyanın kəndləri iki istiqamətdən elektik enerjisi ilə təmin olunur. Onlardan biri Salyanın özündəki Elektrik Satışı Şəbəkəsi, digəri isə Neftçala Elektrik Satışı Şəbəkəsinin nəzarəti altındadır.

Sakinlərin deməsinə görə, elektrikik kəsilməsi hava qaralandan sonra çöl heyvanlarının həyətlərə soxulmasına səbəb olur:

"Hava qaralana kimi gərək hamı evinə çəkilə ki, qurda, çaqqala yem olmaya... Qorxudan həyətə çıxa bilmirik. Vəhşi heyvanlar həyətlərə üz tuturlar".

SƏBƏB SOYUQ HAVA ŞƏRAİTİDİR

Salyan Elektrik Satışı Şəbəkəsindən “Qaynar xətt”ə bildirilib ki, qarşı, şaxtalı hava ilə əlaqədar elektrik çətlərində problem yarandığından kəndlərə elektrik enerjisinin verilməsində fasilələr yaranır. Soyuq hava şəraiti ilə əlaqədar əhalinin elektrik qızdırıcılardan sıx istifadə etməsi isə vəziyyəti daha da çətinləşdirir. Elektrik xətlərində tez-tez qısaqapanmalar olur, bu isə elektrik şitlərində qəzalara səbəb olur. Elektrik Satışı şəbəkəsindən artıq problemin aradan qaldırıldığı və kəndlərin elektrik enerjisi ilə təminatının bərpa olunduğu bildirildi.

XS
SM
MD
LG