Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:33

Misirdə Mahmud Ramazan adlı məhkum edam edilib.

O, 2013-cü ilin iyul hadisələrindən sonra başlayan iğtişaşlarda iştirak etdiyi üçün edam edilib. Mahmud Ramazan asılıb.

Misir məhkəmələri həmin hadisələrə görə yüzlərlə şəxs haqqında edam hökmü çıxarıb.

Misirin Daxili İşlər Nazirliyinin sözçüsü Hani Abdel Latif bildirib ki, edam yerli saatla 07.00-da icra olunub. Mahmud Ramazan sözügedən hadisələrə görə edam olunan ilk şəxsdir.

Təhlükəsizlik qüvvələri Reuters-ə Mahmud Ramazanın radikal dinçi olduğunu, ancaq "Müsəlman Qardaşları" təşkilatının rəsmi üzvü olmadığını bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG