Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:17

Müdafiə Nazirliyi: Erməni silahlı bölmələri atəşkəs rejimini 58 dəfə pozub


Azərbaycan ordusunun əsgəri
Azərbaycan ordusunun əsgəri


Azərbaycanın Müdafiə Nazirliyi (MN) bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 58 dəfə pozub.

APA-nın MN-in saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Bu arada Ermənistan Müdafiə Nazirliyi də açıqlama yayaraq Azərbaycan tərəfini atəşkəsi pozmaqda ittiham edib.

XS
SM
MD
LG