Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:30

Almaniyanın nəhəng şirkətləri idarəçilikdə qadınlara daha çox yer ayırmalı olacaq


Angelor Merkel
Angelor Merkel

Almaniya parlamentində qəbul edilən yeni qanuna görə, 2016-cı ildən ən böyük şirkətlərin direktorlar şurasında kürsülərin azı 30 faizi qadınlar üçün ayrılmalıdır.

Qanun təxminən 100 şirkəti əhatə edəcək.

Daha 3,5 min şirkət isə idarəçilikdə qadınlara daha çox yer verilməsini hədəf kimi elan etməli olacaqlar.

Kansler Angelor Merkelin rəhbərlik etdiyi hakim koalisiya qanunu dəstəkləyib.

Müxalifət isə bitərəf qalıb. Müxalifətçi deputatlar deyirlər ki, qanunda qadınlara daha çox dəstək ifadə oluna bilərdi.

Son təhqiqatlar göstərir ki, hazırda Almaniyanın ən böyük şirkətlərinin direktorlar şurasında qadınların təmsilçiliyi 18,6 faizdir.

Belə kvotalar artıq Norveç, İspaniya və Fransada mövcuddur.

XS
SM
MD
LG