Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:19

Avropa Komissiyasının rəhbəri Jean-Claude Juncker təklif edib ki, Avropa Birliyi öz ordusunu yaratsın.

Elə bir ordu ki, birlik üzvləri və birliklə qonşu ölkələrə yaranan təhlükələrə çevik reaksiya verə bilsin.

O həmçinin qeyd edib ki, bu, Rusiyaya da bir siqnal olardı. Kreml anlayardı ki, "biz Avropa Birliyinin maraqlarını qorumaq məsələsinə ciddi yanaşırıq".

Hazırda Avropa Birliyi ölkələrinin təhlükəsizliyini əsasən milli ordular təmin edir. Amma bu işlə qlobal miqyasda, qeyri-Avropa ölkələrinin də təmsil olunduğu NATO məşğul olur.

Günün bütün mövzuları

XS
SM
MD
LG