Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:31

Vergilər Nazirliyi rəsmi saytında 4 mart tarixinə kimi vergi borcunu ödəməyən ödəyicilərin siyahısını yerləşdirib. Ümumilikdə, ölkə üzrə siyahıda azı 400 hüquqi və fiziki şəxsin adı var.

Siyahıda yalnız özəl şirkətlər yer almır, həm də bəzi dövlət müəssisələri vergi borcunu ödəməyib. Onlardan bəziləri aşağıdakılardır:

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti;

“Şimal Elektrik stansiyası" MMC

"Azərsu" ASC-nin "Birləşmiş sukanal" və “Sutikinti” müəsissələri

3 saylı Bakılift ixtisaslaşdırılmış İstehsalat sahəsi

Bakı və Şirvan şəhərlərinin, Abşeron, Yasamal və Xətai rayonlarının icra hakimiyyətlərinin mənzil kommunal təsərrüfat birlikləri

Sumqayıt şəhər Mənzil Təsərrüfat İstzsmarı idarəsi

“Gəncə Su Kanal" Törəmə ASC

Vergi borcu olan özəl şirkətlər arasında neft layihələri üzrə çalışan offshore şirktələrin Azərbaycandakı nümayəndəlikləri də var.

Vergilər Nazirliyi vergi borcu olan bəzi ödəyicilərin əmlakını siyahıya alıb. Fevralın 18-də nazirliyin əməkdaşları 4 özəl şirkətdə olublar və borcların məbləğinə uyğun əmlak siyahıya alınıb.

2015-ci ilin yanvarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə azı 685 milyon manat vəsait daxil olub. Bununla da ay üzrə proqnoz tapşırığına 103 % əməl olunub.

Bu məbləğin 44,6 %-i mənfəət vergisi, 24,7 %-i əlavə dəyər vergisi, 9,5 %-i fiziki şəxslərin gəlir vergisi, 7,8 %-i aksizlərin, 2,9 %-i sadələşdirilmiş verginin, 10,5 %-idigər vergilərin payına düşür.

Günün bütün mövzuları

XS
SM
MD
LG