Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:32

Nemtsovun qətli ilə bağlı daha iki nəfər həbs edilib


Rusiya polisi müxalifət liderləri Boris Nemtsovun qətli ilə bağlı daha iki şəxsi həbs edib.

Bu haqda İnquşetiya Təhlükəsizlik Şurasının katibi Albert Barakhoyev məlumat verib.

İnquşetiyada yaxalanmış hər iki şəxs qonşu Çeçenistandandır. Onlardan biri hələ martın 7-də eyni cinayətlə bağlı Zaur Dadayevlə birgə həbs edilmiş Anzor Gubashevin kiçik qardaşıdır.

Dadayevin Çeçenistan Daxili İşlər Nazirliyinə aid bir batalyonun komandirinin müavini olduğu, Gubashevin isə Moskvada özəl bir təhlükəsizlik şirkətində çalışdığı bildirilir.

Onların həbs müddətinin uzadılması məsələsinə baxmaq üçün martın 8-də Moskvada hakim qarşısına çıxarılacağı gözlənilir. Ancaq onların dördünün də məhkəməyə gətirilib-gətirilməyəcəyi bəlli deyil.

XS
SM
MD
LG