Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:36

-

Ukraynanın şərqində başlayan müharibədən sonra Gürcüstanla Rusiya arasında münasibət pisləşib.

Bunu martın 6-da parlamentin spikeri Davit Usupashvili AzadlıqRadiosuna müsahibəsində bildirib. Onun dediyinə görə, Tbilisi ilə Moskvanın münasibətləri «pisdən daha pisə doğru» gedib. O, Ukraynada baş verənləri 2008-ci ildə Gürcüstan olaylarına bənzədib.

Rusiya və Gürcüstan 2008-ci ildə 6 günlük müharibədən sonra diplomatik əlaqələri formal olaraq dayandırıb. 2012-ci ilin dekabrından bəri ölkələr ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün danışıqlar aparır.

D.Usupashvili deyib ki, danışıqlar və ticarət münasibətləri Rusiyanın aqressiv davranışını dəyişmir. Onun fikrincə, yalnız kənar təzyiq Rusiyanın davranışına təsir edə bilər.

Bununla belə, Tbilisi Moskva ilə normal münasibətlər istəyir. Usupashvili əlavə edir ki, necə olmasından asılı olmayaraq, onlar Rusiyanın qonşuluğunda yaşamalıdırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG