Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:42

Güclü külək və qar Balkanlarda dağıntılar törədib


Foto: Arxiv
Foto: Arxiv

-

İki gündür əsən güclü külək, qasırğa Balkanlarda ciddi dağıntılar törədib.

Bosniya və Herseqovinada qasırğa bir nəfərin ölümünə səbəb olub, 200-dən çox ev elektriksiz qalıb, magistral yollar dağılıb.

20-dən çox adam subasma nəticəsində evini tərk edib.

Monteneqroda çovğun nəticəsində ölkənin şimalından keçən yollar bağlanıb.

Xorvatiyada da güclü külək və qar ciddi problemlər yaradıb.

Balkan ölkələri hələ də 80 adamın ölümünə, 140 min adamın ev-eşiyini tərk etməsinə səbəb olan daşqınların nəticəsini aradan qaldırmaqla məşğuldur.

XS
SM
MD
LG