Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:08

Bakı Olimpiya Stadionu istismara verildi


Bakı Olimpiya Stadionu
Bakı Olimpiya Stadionu

-

Bakı Olimpiya Stadionu istismara hazırdır.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən apa-ya verilən məlumata görə, obyekti podratçıdan təhvil alıblar.

Tikintisinə 2012-ci ilin dekabrında başlanan Bakı Olimpiya Stadionunun sifarişçisi Gənclər və İdman Nazirliyi, baş podratçısı Azərbaycan Dövlət Neft Şirkəti (ARNDŞ), subpodratçı isə «Tekfen İnşaat və Təsisat A.Ş» olub.

Nazirlik bildirib ki, stadionun tikintisi cədvəl əsasında vaxtında aparılıb.

Bu ilin 12-28 iyununda Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış və bağlanış mərasimləri bu məkanda baş tutacaq.

XS
SM
MD
LG