Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:03

-

«Xaricdən ölkəyə gətirilən, habelə ölkə daxilindəki heyvan, heyvan mənşəli məhsullara nəzarət gücləndiriləcək və insanların sağlam qidalanması təmin ediləcək. Bu barədə narahatlığa əsas yoxdur».

Bunu apa-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli deyib.

Y.Xanvəli bildirib ki, yaxın zamanda Zaqatala-Balakən, Abşeron yarımadası və Bakı ətrafında vəhşi heyvanların oral yolla vaksinasiyasına start veriləcək:

«Dövlət Baytarlıq Nəzarəti Xidməti olaraq biz heyvanların sağlamlığına cavabdehik. Nə onların tutulması, nə güllələnməsi, nə də digər məsələlər bizim səlahiyyətimizdə deyil. Avropa Konvensiyasının tələblərinə uyğun olaraq biz heyvanlara əzab verilməsinin əleyhinəyik. Hazırda kənd təsərrüfatı naziri Heydər Əsədovun təşəbbüsü ilə ölkəmizə Belarusdan vəhşi heyvanların oral yolla vaksinasiyası üçün 50 min doza miqdarında vaksinlər gətirilib. Pilot layihə olaraq Zaqatala-Balakən, Abşeron yarımadası və eləcə də Bakı ətrafındakı vəhşi heyvanlar oral yolla vaksinasiya ediləcək. Bu vaksini qəbul edən vəhşi heyvanlarda quduzluğa qarşı immunitet yaranır».

Y.Xanvəli qeydiyyatda olan heyvanların da mütəmadi olaraq nəzarətdə saxlanıldığını qeyd edib: «Qeydiyyatda olan heyvanlar dövlət tərəfindən ayrılmış vaksinlər hesabına istər qarayara, istər dabaq, istərsə də quduzluq və digər xəstəliklərə qarşı peyvənd olunur. Həmin heyvanlar da nəzarətdədir».

Günün bütün mövzuları

XS
SM
MD
LG