Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:34

Dinlə bağlı «qaynar xətt» yaradıla bilər


Mübariz Qurbanli
Mübariz Qurbanli

-

Azərbaycanda dini sahədəki bəzi məsələlərdə Türkiyə təcrübəsi tətbiq olunacaq.

Bunu Trend-ə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədrinin sözlərincə, Türkiyənin dini sahədə bir neçə istiqamətdəki təcrübəsinin Azərbaycanda istifadə edilməsi nəzərdə tutulur:

«İlk növbədə bu, dini təhsillə bağlıdır. Orada dini təhsil sahəsində həyata keçirilən siyasət və bu siyasətin uğurlarından kifayət qədər yararlanana bilərik. İkincisi, Türkiyədə məscidlərin və Türkiyə Diyanət İşləri Başqanlığının vətəndaşlarla qurduğu əlaqələr çox böyük maraq doğurur. Məsələn, Ankara Müftiliyində qaynar telefon xətti yaradılıb. Həmin telefon nömrəsinə müraciət edən hər bir şəxs dinlə, dini ayinlərlə bağlı onu maraqlandıran suallara cavab ala bilər».

TÜRKİYƏNİN AZƏRBAYCANDAN FƏRQİ: ORADA RADİKAL DİNİ QRUPLAR YOXDUR

Mübariz Qurbanlı deyir ki, vətəndaş internetdə, televiziyada, kitablarda da maraqlandığı mövzu ilə məlumat əldə edə bilər. Lakin onu ani olaraq hansısa məsələ maraqlandıranda və ya oxuduğu kitabda nəyisə anlamayanda, o zaman həmin «qaynar xətt»ə müraciət edir və hər şeyi özü üçün aydınlaşdırır.

Mübariz Qurbanlının fikrincə, Türkiyənin Diyanət İşləri Başqanlığının fəaliyyətini olduğu kimi Azərbaycanda tətbiq etmək mümkün deyil, çünki orada dövlət-din münasibətləri və bu sahədə idarəçilik sistemi tamam başqa cür qurulub:

«Türkiyə təcrübəsində özümüz üçün bir məsələni də aydınlaşdırdıq. Bu da orada radikal dini qrupların olmamasıdır. Varsa da, onlar həllədici rol oynamır və məscidlərə, cəmiyyətə də təsiri çox aşağı səviyyədədir. Bunun da əsas səbəblərindən biri Türkiyədə dövlət səviyyəsində ənənəvi İslami dəyərlərin təbliği və təşviqi işinin geniş şəkildə aparılmasıdır. Fikrimcə, onların bu təcrübəsindən istifadə etmək mümkündür. Hesab edirəm ki, bu məqsədlə martın 1-dən 4-dək Türkiyəyə etdiyimiz səfər çox əhəmiyyətli oldu və orada əldə etdiyimiz təcrübədən biz mütləq yararlanacağıq».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG