Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:13

-

Martın 7-də Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Qubada keçirdiyi müşavirəni polis dağıdıb.

Bu barədə AzadlıqRadiosuna partiyanın mətbuat xidmətinin rəhbəri Xəzər Teyyublu məlumat verib.

Onun sözlərincə, müşavirə partiyanın yerli təşkilat üzvünün evində keçirilirdi: «Müşavirənin ortasında evi 30-dək polis əməkdaşı nəzarətə götürdü. Məni və partiyanın rəhbərliyindən digər 3 şəxsi polis idarəsinə aparmaq istədilər».

Xəzər Teyyublu deyir ki, polislər onlara müşavirə keçirməyə ixtiyarları olmadığını söyləyib: «Biz onlara dedik ki, qanunu pozursunuz, partiya qeydiyyatdan keçib və ölkə qanunlarına görə sərbəst fəaliyyət göstərmək hüququndadır. Daxili İşlər Nazirliyinə, Prezident Administrasiyasına zəng edəndən sonra polislər bizi idarəyə aparmadılar».

Quba şəhər Polis İdarəsinin növbətçi hissəsindən AzadlıqRadiosuna bildirilib ki, hadisədən xəbərləri yoxdur. İdarənin polis rəhbərliyi ilə isə əlaqə saxlamaq cəhdimiz alınmadı.

Günün bütün mövzuları

XS
SM
MD
LG