Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:47

-

«Azərbaycan hökuməti İlqar Məmmədovu qanunsuz olaraq həbsdə saxlamağa davam edir».

Bunu REAL Hərəkatı yaydığı bəyanatda bildirib.

Bəyanatda deyilir ki, Avropa İnsan Hüquqları Məhkəməsi ötən ilin mayında qəbul etdiyi qərarla REAL Hərəkatının sədri İlqar Məmmədovun həbsinin siyasi motivli olmasını tanıyıb.

«Azərbaycan hökumətinin həmin qərardan böyük palataya verdiyi şikayət qəbul edilmədiyindən qərar qüvvəyə minib. Avropa Şurasının Nazirlər Komitəsi də 2014-cü il dekabrın 4-də Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədov barəsində qərarının icrası məsələsinə baxıb və İlqar Məmmədovu təxirə salınmadan buraxmağı tələb edib. Lakin Azərbaycan hökuməti indiyədək Avropa Məhkəməsinin qərarını qəsdən icra etmir və İlqar Məmmədovu qanunsuz olaraq həbsdə saxlamağa davam edir», - bəyanatda deyilir.

REAL Hərəkatı Azərbaycan hökumətini üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını təxirə salınmadan yerinə yetirməyə çağırır.

Azərbaycan hökuməti Avropa Şurası instansiyalarının qərarları ilə bağlı mayın 11-də hesabat verməlidir.

İlqar Məmmədov 2013-cu il fevralın 4-dən həbsdədir. O, həmin il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələrə görə həbs olunub, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG