-
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (HTAM) martın 31-də və aprelin 7-də avtomobil hərracı keçirəcək.
Komitənin rəsmi saytında verilən məlumata görə, hərraca istehsal ili 1992-cü ildən 2007-ci ilə qədər olan 17 maşın çıxarılacaq.
Avtomobillərin arasında «Chevrolet Epica», «Mercedes Benz 300», «Nissan Maxima», «Hyundai H-1», «BMW 760» və «BMW 740» var.
Xarici markalı avtomobillərin start qiyməti istehsal ilindən və markasından asılı olaraq 3600-11 000 manat arasında dəyişir.
Hərraca çıxarılan UAZ markalı maşınların start qiyməti 1600 manatdan başlayır.
Hərracda iştirak etmək istəyənlər məbləğin 10 faizi həcmində behi əvvəldən Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına köçürməlidir.