Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:21

"İslam dövləti" 3000 il yaşı olan Nimrud şəhərini dağıdır


Qədim Nimrud şəhərində qazıntılar zamanı tapılan mədəniyyət abidələri, 2013
Qədim Nimrud şəhərində qazıntılar zamanı tapılan mədəniyyət abidələri, 2013

-

BMT İraqda "İslam dövləti" yaraqlılarının qədim Assuriya şəhəri olan Nimrudun xarabalıqlarını buldozerlə dağıtmasını pisləyib.

Və 3 min ildən artıq yaşı olan mədəniyyət abidəsinin məhvini "hərbi cinayət" adlandırıb.

BMT-nin baş katibi Ban Ki-moon regionun siyasi və dini liderlənini Nimrudun dağıdılmasını pisləməyə çağırıb.

Nimrudun qalıqları yaraqlıların nəzarətində olan Mosuldan 30 kilometr aralıda yerləşir.

Hazırda İraq ordusu "İslam dövləti"nə qarşı genişmiqyaslı hücum həyata keçirir.

Abidələrin dağıdılması haqda xəbəri İraqın turizm nazirliyi yayıb. Əraziyə bəzi abidələrin daşınıb aparılması üçün yük maşınlarının da gətirildiyini deyib.

Bundan əvvəl "İslam dövləti" Assuriya abidələrini Mosul muzeyində necə məhv etdiyi ilə bağlı video da yaymışdı.

Arxeoloqlar, dünya sivilizasiyasına vurulan ziyan baxımından, Nimrudun məhvini 2001-ci ildə Talibanın Budda abidəsini dağıtması ilə müqayisə edirlər.

"İslam dövləti" hesab edir ki, pirlər, məqbərələr, qədim abidələri ziyarətgaha çevirmək olmaz, bu, allaha şərik qoşmaqdır və onlar məhv edilməlidir.

Nimrud şəhərinin qalıqları
Nimrud şəhərinin qalıqları

Nimrud şəhərinin qalıqları
Nimrud şəhərinin qalıqları

Nimrud şəhərinin qalıqları
Nimrud şəhərinin qalıqları

Nimrudda arxeoloji qazıntılar, 2001
Nimrudda arxeoloji qazıntılar, 2001

İraqlı fəhlələr Nimrudda qazıntılar aparır, 2001
İraqlı fəhlələr Nimrudda qazıntılar aparır, 2001

Nimrud şəhərindəki qazıntılar zamanı tapılanlar...
Nimrud şəhərindəki qazıntılar zamanı tapılanlar...

Qədim Nimrud şəhərinin qalıqları
Qədim Nimrud şəhərinin qalıqları

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG