Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:36

World Animal Protection yandırılan itlərlə bağlı açıqlama verir


Arxiv fotosu

Arxiv fotosu

-

Martın 6-da Ümumdünya Heyvanları Müdafiə Təşkilatı Azərbaycan hakimiyyətini «küçə heyvanlarına qarşı qəddarlığa son qoymağa» çağırıb. Bu haqda BBC məlumat yayıb. Təşkilat bu çağırışı Azərbaycanda Bakı 2015 Olimpiya Oyunları qabağı küçə itlərinin yandırılmasının iddia olunduğu videoların yayılmasından sonra edib.

Qurumun Avropa üzrə Regional direktoru Ruud Tombrock BBC Azərbaycancaya deyib ki, müvafiq Avropa Konvensiyasını imzalamış bir ölkə kimi, Azərbaycanda küçə heyvanlarına qarşı aparılan bu münasibət prinsiplərin «birbaşa pozulmasıdır».

Martın 4-də sosial şəbəkələrdə öldürülmüş itlərin sobada yandırılması görüntüləri yayımlanıb. Həmin görüntülərin Bakının Balaxanı qəsəbəsində çəkildiyi deyilir.

Prezidentin sözçüsü Əli Həsənov yerli mətbuata açıqlamasında medianın bu məsələni işıqlandırmasını qara piar adlandırıb və onun Azərbaycanda çəkildiyini şübhə altına alıb:

«Hadisənin məhz Azərbaycanda baş verdiyini təsdiq edən heç bir dəlil yoxdur. Bu da bir daha sübut edir ki, bu kimi «faktları» ortaya atanlar Avropa Oyunları ərəfəsində Azərbaycanın imicini ləkələməyə və mühüm beynəlxalq idman tədbirinə qarşı açıq təxribat törətməyə çalışırlar».

Videonu yayan heyvan hüquqları müdafiəçisi Elena Smakina AzadlıqRadiosuna deyib ki, internetdə itlərin yandırılması videosunu özü- Balaxanıda çəkib.

Video yayıldıqdan sonra MeydanTV-nin əməkdaşı Balaxanıya getmiş və itlərin yandırıldığı ərazini görüntüləmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG