Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:56

Prezident İlham Əliyev Roma papası Francislə görüşüb


İlham Əliyev,Francis və Mehriban Əliyeva

İlham Əliyev,Francis və Mehriban Əliyeva

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Vatikanda Roma Papası Francislə görüşüblər.

APA-nın Vatikan radiosuna istinadən verdiyi məlumata görə, bu barədə Papanın mətbuat xidməti məlumat yayıb.

Görüşdə əsasən dinlərarası dialoq və münaqişələrin dinc yolla həlli məsələləri müzakirə olunub.

Daha sonra prezident İlham Əliyev Vatikanın

dövlət katibi, kardinal Petro Parolin və onun müavini Antuan Kamilleri ilə görüşüb.

Danışıqlar zamanı dinlər və mədəniyyətlərarası dialoqun təbliğinə yönəlmiş təşəbbüslər müzakirə olunub.

Görüşdə regional və beynəlxalq vəziyyət də müzakirə edilib.

XS
SM
MD
LG