Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:49

Azərbaycan Albaniyada qaz şəbəkəsi qurmaq fikrindədir


Rövnəq Abdullayev
Rövnəq Abdullayev

Bolqarıstan "Şahdəniz" layihəsindən 1 milyard kubmetr qaz alınması barədə Azərbaycanla müqavilə imzalayıb.

APA-nın məlumatına görə, bunu martın 6-da jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

SOCAR prezidenti həmçinin qeyd edib ki, Azərbaycan Albaniyada qaz şəbəkəsi qurmaq niyyətindədir və bu yaxınlarda Albaniyada müvafiq qurumların rəsmiləri ilə müzakirələr aparılıb.

Trans-Adriatik qaz kəmərinin Albaniyanın ərazisindən keçdiyini xatırladan Rövnəq Abdullayev bildirib ki, SOCAR bu ölkədə qaz distributorluğu yaratmaq niyyətindədir.

XS
SM
MD
LG