Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:14

AXCP sədrinin müşaviri polisdə saxlanıb


Azerbaijan -- Mammad İbrahim, the adviser of the head of Azerbaijani Popular Front Party, undated

Azerbaijan -- Mammad İbrahim, the adviser of the head of Azerbaijani Popular Front Party, undated

.

Martın 6-da AXCP sədrinin müşaviri Məmməd İbrahim polisə aparılıb. Bu haqda AzadlıqRadiosuna onun özü məlumat verib. Məmməd İbrahimin sözlərinə görə, Nərimanov rayon Polis İdarəsində onu insanları mitinqə çağırmaqda, polisə müqavimətdə günahlandırıblar:

“Gündüz saat 2 idi. Sahə müvəkkili məni çağırdı ki, bölməyə getməliyik. Oturduq maşına polislər telefonumu əlimdən aldılar. Ancaq, bundan öncə polisə aparılmağımla bağlı mətbuata məlumat verə bilmişdim. Öncə məni 17-ci bölməyə apardılar. Kəmərimi çıxardılar, sənədlərimi aldılar. Bildirdilər ki, insanları Milli Şuranın qanunsuz mitinqinə çağırdığıma və polisə müqavimət göstərdiyimə görə saxlanıram. Bununla bağlı protokolu da mənə göstərdilər. Sonra məni bölmə rəisinin yanına apardılar. Rəis polislərə qışqırdı ki, niyə imkan veriblər ki, mən saxlanmağım haqda mətbuata məlumat verəm. Bundan sonra protokolu ləğv etdilər”.

Məmməd İbrahim deyir ki, bundan sonra onu polis idarəsinə gətiriblər:

“Rəisin özü məni qəbul etdi. Dedi ki, sən icazə verilməmiş mitinqə qanunsuz adam çağırmısan. Mən də bildirdim ki, burada qanunsuz heç nə yoxdur və hər kəsin belə bir hüququ var. Sonra xəbərdarlıq edib məni buraxdılar. Bunların məqsədi mitinq öncəsi məni həbs edib, xof yaratmaqdır. Sadəcə, polisə aparılmadan öncə mətbuata məlumat verdim deyə, planları baş tutmadı”.

Nərimanov rayon 17-ci polis bölməsindən məsələ ilə bağlı AzadlıqRadiosunun suallarını cavablandırmaq istəmədilər.

AXCP-nin də daxil olduğu Milli Şura bahalanmaya etiraz olaraq martın 15-ə mitinq təyin edib. Şura bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb. Mitinq Komitəsindən verilən məlumata görə, hələlik müraciətə cavab verilməyib.

Məmməd İbrahim 15 mart Mitinq Komitəsinin üzvüdür.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG