Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:24

Rusiyanın müxalifət qüvvələri aprelin 19-da Moskvada etiraz aksiyaçı keçirməyi planlaşdırır.

Həmrəylik hərəkatının Moskva şöbəsinin həmsədri Petr Tsarkov bildirib ki, ilkin olaraq aksiyanı “Qəzəb və ləyaqət yürüşü” adlandırmaq qərara alınıb.

Hələlik yürüşün yeri, forması və tələblər barədə məlumat verilmir.

O qeyd edib ki, aksiyanın təşkilatçıları olan PARNAS partiyası ilə Həmrəylik hərəkatı yürüşün şəhərin mərkəzində keçirilməsinə çalışacaqlar.

Bundan əvvəl, martın 1-nə nəzərdə tutulan “Bahar” yürüşü fevralın 27-də müxalifət lideri Boris Nemtsovun qətlinə görə təxirə salındı.

Bunun əvəzinə Moskvanın mərkəzində Nemtsovun xatirəsinə çoxminlik mitinq keçirildi.

XS
SM
MD
LG