Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:43

Xarkovda yüksək rütpəli polis zabitinin maşını partladılıb


Foto arxiv
Foto arxiv

Martın 6-da Ukraynanın Xarkov şəhərində “Slobojanşina” polis batalyonunun komandiri Andriy Yangolenkonun maşını partladılıb.

Partlayış nəticəsində Yangolenko və həyat yoldaşı yaralanaraq xəstəxanaya götürülüblər.

Xarkov prokurorluğundan verilən məlumata görə, onun maşınına bomba qoyulubmuş.

Ukrayna daxili işlər nazirinin müşaviri, deputat Anton Gerashenko Facebook səhifəsində yazır ki, ekspertlərin ilkin məlumatına görə, maşın Rusiyanın istehsalı olan mina ilə partladılıb.

O deyir ki, istintaq terror aktı da daxil olmaqla bir neçə versiya üzərində işləyir.

Gerashenkonun sözlərinə görə, Yangolenko və onun qardaşı Sergiy 2013-cü ildə Berkutun Xarkov bölməsində xidmət ediblər və həmin ilin noyabrında “Maydan” hərəkatını dağıtmaqdan imtina etdiklərinə görə polisdən gənarlaşdırılıblar.

Bir qədər sonra isə Yagolenko qardaşları daxili işlər naziri Arsen Avakovun təşəbbüsü ilə yaradılan xüsusi təyinatlı batalyonların komandiri olublar.

XS
SM
MD
LG