Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:24

AŞPA prezidenti qadınlar bayramında Xədicə İsmayılı xüsusi yad etdi


Anne Brasseur
Anne Brasseur

-

«Beynəlxalq Qadınlar Günü münasibətilə hər gün qadınların işlərini irəlilətmək üçün mübarizə aparan bütün qadınlara və kişilərə heyranlığımı və dəstəyimi ifadə etmək istərdim».

AŞPA prezidenti Anne Brasseur belə deyir. Qurum rəhbərinin bəyanatı AŞPA-nın saytında yer alıb.

«Bu gün biz görürük və məmnuniyyətlə qeyd edirik ki, getdikcə daha çox qadın dövlət işlərinə cəlb edilir, siyasətdə, vətəndaş cəmiyyətində, özəl sektorda yüksək mövqelər tutur. Onlar yeni nəsil üçün nümunə olmalı, onları daha fəal olmağa həvəsləndirməlidir. Amma bu təşviq təkcə fəal qadınların deyil, həm də kişilərin vəzifəsi olmalıdır», - A.Brasser bildirir.

AŞPA prezidenti bəyanatında ötən il Strasburqda tanış olduqdan qısa müddət sonra həbs edilmiş azərbaycanlı jurnalist Xədicə İsmayıl kimi vətəndaş cəmiyyəti fəallarını xüsusilə qeyd edib.

XS
SM
MD
LG