Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:20

FİFA İranda qadınların futbol meydanına buraxılmamasından narahatdır


Foto arxiv
Foto arxiv

FİFA prezidenti Sep Blatter İranda qadınların futbol meydanında oyunlara baxmasına qoyulmuş qadağaını aradan qaldırmağa çağırıb.

Blatter martın 6-da FİFA-nın həftəlik jurnalında yazır ki, o 2013-cü ildə İran prezidenti Hassan Rohani qarşısında bununla bağlı məsələ qaldırsa da heçnə baş verməyib.

Blatter deyir ki, o 2013-cü ilin noyabrında İranda olarkən ftbola böyük maraq olduğunu , eyni zamanda qadınların oyunlara gedə bilmədiklərini görüb.

Blatter hesab edir ki, bu qadağa belə davam edə bilməz.

İran rəsmiləri isə hesab edir ki, qadınları oyun vaxtı kişi azarkeşlərin kobud rəftarından qorumaq lazımdır.

İranda qadınların voleybol oyunlarına da meydanda baxması qadağandır.

Tehran 2019-cu il Asiya kubokunun İranda keçirilməsini istəsə də qadınlara qoyulan bu qadağa onun bu istəyini əngəlləyə bilər.

XS
SM
MD
LG