Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:13

İstifadəsiz torpaqlara əlavə vergilər tətbiq olunacaq


Heydər Əsədov
Heydər Əsədov

-

«Prezidentin sərəncamından sonra biz istifadəsiz torpaqların monitorinqinə başlamışıq. Hal-hazırda istifadəsiz torpaqların sahəsi müəyyənləşdirilir. Onun səbəbləri də aydınlaşdırıldıqdan sonra tərəfimizdən aidiyyəti təkliflər təqdim olunacaq».

Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

apa-nın məlumatına görə, nazir «Aqrolizinq» ASC-nin 2014-cü ildəki fəaliyyətinə həsr olunmuş müşavirədə çıxış edib.

Nazir bildirib ki, istifadəsiz torpaqlara əlavə vergilər tətbiq olunacaq.

«Burada müəyyən müddət monitorinq aparılır, ona görə ki torpaqdan həmin anda istifadə edilməməsi onun istifadəsiz qalması demək deyil. Çünki elmi araşdırmalara görə, torpaqların hər il 60-66%-i istifadə olunsa və qalanları dincdə olsa, daha səmərəlidir. Ona görə də, əvvəlcə monitorinqlər vasitəsilə sahələr müəyyənləşdirilməli, daha sonra səbəblər aydınlaşdırılmalı və buna nəzərən təkliflərimiz konkretləşdirilməlidir» - H.Əsədov bildirib.

XS
SM
MD
LG