Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:09

-

Avropa Şurası Parlament Assambleyası Siyasi Məsələlər Komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Walter Azərbaycana gəlir.

AŞPA-nın yaydığı xəbərə görə, səfər martın 12-13-ü əhatə edəcək.

Robert Walter səfərinin yekunları əsasında Dağlıq Qarabağ münaqişəsinə dair hesabat hazırlayacaq.

Məruzəçinin Azərbaycana səfəri zamanı ölkə prezidenti, Milli Məclisin sədri, xarici işlər, ədliyyə və müdafiə nazirləri ilə görüşlər keçirməsi nəzərdə tutulub.

AŞPA rəsmisinin qaçqın və məcburi köçkünlər, eləcə də vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşəcəyi də gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG