Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:59

Aleksei Navalny 15 sutkalıq həbsdən sonra azadlığa çıxıb


Aleksei Navalny
Aleksei Navalny

Rusiyanın müxalifət liderlərindən biri Aleksey Navalny 15 sutkalıq həbsdən sonra martın 6-da azadlığa çıxıb.

O tərəfdarları ilə birlikdə martın 1-nə nəzərdə tutulan “Bahar” yürüşü ilə bağlı vərəqələr yaydığına görə həbs olunmuşdu.

Navalny azadlığa çıxdıqdan sonra bildirib ki, müxalifət lideri Boris Nemtsovun qətli müxalifətin fəaliyyətini dəyişməyəcək.

Nemtsov fevralın 27-də Kremlin yaxınlığında öldürülüb.

Navalny öz bloqunda yazmışdı ki, Nemtsov siyasi hakimiyyətin göstərişi ilə hökumətpərəst təşkilat tərəfindən qətlə yetirilib, cünki o Kremlin ən problemli tənqidçilərindən biri idi.

Hakimiyyət isə bu cür ittihamları rədd edir.

XS
SM
MD
LG