Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:25

Ombudsman hesabat verdi


Elmira Süleymanova
Elmira Süleymanova

-

Milli Məclisin martın 6-da keçirilən iclasında İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) hesabatı qəbul olunub.

Qısa müzakirələrdən sonra hesabat səsə qoyulub. Deputatlar hesabatın lehinə səs veriblər.

ANS-in məlumatına görə, Elmira Süleymanova bildirib ki, 2014-cü ildə ünvanına 13 mindən çox müraciət daxil olub. Müraciətlərin 74.2 faizi şikayətlər olub.

Ombudsman bildirib ki, cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlama yerlərində, hərbi hissələrdə, uşaq, ahıl və əlil evlərində, internatlarda baxışlar zamanı 3547 şəxs qəbul edilib. Şikayətlərin Müvəkkilin səlahiyyətlərinə aid olmaması nəzərə alınaraq onların 51 faizinə baxılmaqdan imtina edilib. 49 faiz şikayətlər isə baxılmaq üçün icraata götürülüb, bunların 56.8 faizi təmin edilib.

Elmira Süleymanova vəsatəti ilə 455 məhkumun əfv və ya amnistiya aktı ilə azadlığa buraxıldığını qeyd edib.

XS
SM
MD
LG