Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:04

Taleh Xasməmmədov həbsdə qaldı


Taleh Xasməmmədov
Taleh Xasməmmədov

-

Şəki Apellyasiya Məhkəməsi hüquq müdafiəçisi Taleh Xasməmmədovla bağlı həbs-qətimkan qərarını dəyişməyib.

Bu barədə AzadlıqRadiosuna hüquq müdafiəçisinin vəkili Nəvaid Abbasov məlumat verib. Vəkilin dediyinə görə, proses martın 5-də Şəki Apellyasiya Məhkəməsində olub. İclasda hüquq müdafiəçisi və vəkilinin çıxışları dinlənib, məhkəməyə Taleh Xasməmmədovun səhhətində problemin olması barədə sənədlər təqdim edilib. Hakim apellyasiya şikayətini təmin etməyib.

Taleh Xasməmmədovun ev dustaqlığına buraxılması üçün anası İnsan Haqları üzrə Birgə Qrupa da müraciət edib.

Fevralın 24-də saxlanan Taleh Xasməmmədov 3 aylıq həbs olunub. O, xuliqanlıqda ittiham edilir.

Hüquq müdafiəçisi 2011-ci ilin noyabrında da xuliqanlıq və polisə müqavimət maddələri ilə həbs edilmişdi. Göyçay rayon Məhkəməsi onun haqqında 4 il azadlıqdan məhrumetmə cəzası çıxarmışdı. Təxminən bir il sonra prezidentin əfv sərəncamına düşərək azad olunmuşdu. O vaxt beynəlxalq təşkilatlar Taleh Xasməmmədovu «vicdan məhbusu» sayırdı.

XS
SM
MD
LG