Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:35

-

Hollivud aktyoru Harrison Ford qolf meydançasında 2-cü dünya müharibəsi təyyarəsində qəzaya düşüb və xəstəxanaya yerləşdirilib.

Ford Star Wars və Indiana Jones filmlərində yaratdığı baş rollarla dünya şöhrəti qazanıb.

Məlumatlara görə, Ford başından xəsarət alıb. O, martın 5-də Kaliforniyanın Santa Monica aeroportu yaxınlığında təyyarəni idarə edərkən qəzaya uğradıb. Qəza vaxtı qolf oynayan iki həkim ona ilkin yardım göstərib.

72 yaşlı Ford pilotdur, təyyarəni təkbaşına idarə edirmiş, yerdən qalxandan az sonra mühərrikdə problem olduğunu bildirib.

“The Los Angeles Times” yazır ki, qəzanın səbəbləri araşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG