Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:34

Daha 4 nəfərin itkin düşdüyü deyilir


Foto: Arxiv
Foto: Arxiv

-

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ötən il aparılmış araşdırmalarda atəşkəsə qədərki döyüşlərdə 4 nəfərin itkin düşməsini aşkar edib.

apa-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2014-cü il üzrə illik hesabatında bildirilir.

Hesabatda qeyd olunub ki, həmin şəxslərin adları Dövlət Komissiyasında qeydiyyata alınıb və müvafiq siyahıya salınıb. İtkin düşmüş 8 nəfərin isə taleyi müəyyənləşdirildiyi üçün adları siyahıdan çıxarılıb.

2014-cü ilin sonuna olan məlumata görə, 4009 nəfər itkin düşüb, 1428 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi dövlət qeydiyyatına alınıb.

XS
SM
MD
LG