Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:22

İran rəsmisi: "Xəzərin hüquqi statusu məsələsi həll olunmaq üzrədir"


-

İranın xarici işlər nazirinin müavini Ibrahim Rahimpour Xəzər dənizinin hüquqi statusu ilə bağlı nikbin danışıb.

O deyib ki, məsələ Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammitində həllini tapa bilər.

Rahimpour-un bildirdiyinə görə, martın 5-də işçi qrupunun toplantısında tərəflər Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın 6 maddəsi üzrə "tam razılıq əldə ediblər".

Nazir müavininin sözlərinə görə, bu, "məsələnin yaxın gələcəkdə həlli üçün zəmin yaradıb".

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov da tərəflərin anlaşmaya yaxın olduğunu deyib:

"Biz Xəzər dənizinin statusuna aid hələ ki qalmaqda olan məsələlərlə bağlı koordinasiyanı qısa müddətdə bitirəcəyik".

Növbəti sammitin bu il Qazaxıstanda - Astanada keçirilməsi planlaşdırılır.

Amma dəqiq tarix hələ ki açıqlanmayıb.

Xələfov ümid etdiyini deyib ki, Xəzərin statusu ilə bağlı Konvensiya həmin sammitdə imzalanacaq.

Amma Rahimpour onu da qeyd edib ki, Astana sammiti Xəzəryanı ölkə başçılarının son görüşü olmayacaq, "çünki əməkdaşlıq yalnız Konvensiyanın imzalanması ilə məhdudlaşdırıla bilməz".

Onun sözlərinə görə, Konvensiya imzalanandan sonra "müxtəlif sahələr üzrə əməkdaşlığın yeni mərhələsi başlanacaq".

Xələf Xələfov
Xələf Xələfov

Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan 20 ildir ki, Xəzərin statusunu müzakirə edir.

Mübahisə onun üstündədir ki, Xəzər dəniz sayılsın, yoxsa göl.

Əgər dəniz sayılarsa, onda hər bir ölkə öz sektorunda istədiyi layihəni həyata keçirəcək, təbii ehtiyatlardan qazandığı pul özünə qalacaq. .

Yox əgər göl sayılarsa, onda həyata keçirilən layihələrin gəliri 5 ölkə arasında bərabər bölünməlidir.

Hələ ki Rusiya, Qazaxıstan və Türkmənistan hüquqi statusla bağlı razılaşmanın yaxın olması haqda fikirlərə münasibət bildirməyib.

TASS və Interfax agentliklərinin məlumatları əsasında

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG