Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:09

Polşa millət vəkilləri hərbi təlim keçəcəklər


Polşa seyminin iclas zalı.
Polşa seyminin iclas zalı.

Polşa parlamentinin üzvləri hərbi hazırlıq kursları keçmək barədə qərar qəbul ediblər.

Deputatlar narahatdırlar ki, Ukraynadakı münaqişə qonşu ölkələrə, o cümlədən Polşaya yayıla bilər.

Parlamentin spikeri Radoslav Sikorski deyib ki, deyib ki, millət vəkilləri hərbi hazırlıq kurslarını hərbi atıcılıq bazasında keçəcəklər.

Polşada hərbi mükəlləfiyyət yaşı 50-dir, lakin “sağlam və cavan görünən” kişilər üçün istisnalar da edilə bilər.

Polşa bu yaxınlarda yeni təhlükəsizlik strategiyası qəbul edib və bu sənəddə Rusiya təcavüzkar adlandırılır.

Radoslav Sikorski ümid etdiyini bildirib ki, millət vəlkillərinin hərbi təlim keçməsi gənc nəsil üçün nümunə ola bilər.

Bundan əlavə Polşanın müdafiə naziri Tomas Semonyak 18 yaşından 50 yaşınadək olan həmvətənlərini könüllü hərbi təlim keçməyə çağırıb.

XS
SM
MD
LG