Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:53

Əl-Qaedanın Suriyadakı komandanını kim öldürüb?


Ən-Nüsrə döyüşçüləri

Ən-Nüsrə döyüşçüləri

Əl-Qaedanın Suriyadakı rəsmi qolu sayılan ən-Nüsrə Cəbhəsinin baş hərbi komandanı partlayış nəticəsində həlak olub.

Qiyamçı mənbələr Əfqanıstan, İraq və Suriya müharibələrinin veteranı Abu Humam al-Sham-nin həlak olduğunu təsdiq ediblər.

Həmin mənbələr xəbər verirlər ki, al-Shami İdlib əyalətində keçirilən qiyqamçı toplantısının ABŞ koalisiyası tərəfindən hədəflənməsi nəticəsində həlak olub.

Lakin koalsiya rəsmiləri bu informasiyanı təkzib ediblər. Onlar bildirilər ki, son 24 saat ərzində adı çəkilən ərazidə hava reydləri keçirilməyib.

Təhlilçilər qeyd edirlər ki, Suriyadakı rəqib qiyamçı qruplaşmalar keçmişlərdə bir-birlərinin komandanlarını bomba partlayışları törətməklə öldürüblər və al-Shami də belə bir basqının qurbanı ola bilərdi.

“İslam Milləti komandan Abu Humamın şəhidliyi səbəbilə qan ağlayır” – deyilir ən-Nüsrə təşkilatının tvitində.

Prezident Bashar al-Assada qeyri-cihadçı müxalifətin son dəstələrindən biri olan Həzm təşkilatı ötən həftə ən_Nüsrə Cəbhəsi ilə döyüşlərdən sonra özünü buraxdığını elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG