Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:34

Dünya bazarlarında neftin qiyməti qalxıb, lakin təhlilçilərin fikrincə, dolların gücləndiyi və İranla Qərb arasında nüvə razılaşmasının yaxınlaşdığı bir şəraitdə bu artım müvəqqəti ola bilər.

Hazırda Brent markasından olan neftin bir barreli 60, 80 dollardır.

Dolların güclü olması neftin qiyməti üçün neqativ faktor sayılır, çünki bu, başqa valyutalara malik alıcıların xam neftə tələbatını azaldır.

Analitiklər bildirirlər ki, neft qiymətlərinin 25 sent qalxmasına səbəb Liviya və İraqdan neft ixracında yaranan fasilələrdir.

Onların fikrincə, neftin qiymətini ümumən aşağı saxlayan faktorlar hələ qüvvədədir.

ABŞ, Avropavə İran arasında davam edən nüvə danışıqlarının müsbət axarda davam etməsi neftin qiymətini aşağı çəkən faktorlardandır.

Məsələn ötən bazar ertəsi neftin qiyməti birdən-birə 5 faiz enmişdi. Buna səbəb İranla danışıqlarda irəliləyişin əldə olunduğu barədə xəbərlər idi.

Ekspertlər deyirlər ki, İranla Qərb arasında razılaşmanın əldə edilməsi, ABŞ sanksiyalarının qaldırılmasına və neft bazarına İran kimi nəhəng neft ölkəsinin qayıtmasına səbəb ola bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG