Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:23

Zakir Həsənov ABŞ səfiri Robert Cekutanı qəbul edib


Azərbaycanın müdafiə naziri Zakir Həsənov martın 5-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekutanı qəbul edib.

Nazirliyin saytında verilən məlumata görə,görüşdə hərbi əməkdaşlığın hazırkı vəziyyəti və həll olunmalı olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Zakir Həsənov iki ölkə arasında hərbi əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Müdafiə naziri həmçinin Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini bildirib.

Zakir Həsənov qeyd edib ki, ATƏT-in Minsk qrupunun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Böyük sülh sazişi ilə bağlı çağırışlarına baxmayaraq, rəsmi Yerevan danışıqları qəsdən uzadır və bu ümumilikdə bölgədəki vəziyyətə mənfi təsir göstərir.

Öz növbəsində, səfir Cekuta bildirib ki, ABŞ regionda sülhün bərqərar olması üçün səylərini davam etdirir və böyük sülh sazişi ideyasını müsbət qarşılayır.

Görüşdə regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər də müzakirə olunub.

XS
SM
MD
LG