Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:53

Martın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının həbsdə olan fəalı Sirac Kərimlinin növbəti məhkəmə prosesi keçirilib. Bu haqda AzadlıqRadiosuna vəkil Nemət Kərimli məlumat verib. Onun sözlərinə görə, prosesdə şahidlər ifadə verib:

“Şahidlər dindirildi. Əvvəl dindirilən şahidlərin yenidən dindirilməsi ilə bağlı vəsatət təmin olunmadı. Bundan əlavə bir neçə vəsatət də qaldırdıq.

Hadisənin baş verdiyi ərazidəki təhlükəsizlik kameralarından çıxarışın təqdim olunması ilə bağlı vəsatət təmin olunmadı. Bir də Sirac bəyin məhkəmə-tibbi ekspertizadan keçirilməsi ilə bağlı vəsatət təmin olunmadı. Keçən prosesdə təcili tibbi yardım mərkəzinə sorğu göndərilməsi ilə bağlı vəsatət qaldırmışdım. Sorğu göndərilib. Sorğunun nəticələri gələnə kimi məhkəmə təxirə salındı”.

Növbəti proses martın 12-nə təyin olunub.

Sirac Kərimli və onun qardaşı Fərəc Kərimli ötən ilin iyulunda həbs edilib, onlar qanunsuz narkotik maddə saxlamaqda ittiham olunur.

Müdafiə tərəfi ittihamı rədd edir və məsələnin Siracın Müsavat Partiyasında fəaliyyəti ilə bağlı olduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG