Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:04

Vəkil: «Bəşir Süleymanlı həbsxanada alçaldıcı rəftara məruz qalıb»


Bəşir Süleymanlı və Anar Məmmədli

Bəşir Süleymanlı və Anar Məmmədli

-

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlı saxlandığı həbsxanada insan ləyaqətini alçaldan rəftara məruz qalıb. Bu haqda AzadlıqRadiosuna vəkil Elçin Sadıqov məlumat verib. Onun sözlərinə görə, həbsxanada Bəşir Süleymanlının başı zorla keçəl qırxılıb:

«Martın 4-də mənə zəng etmişdi. Onunla bərabər bir neçə nəfərin də başını keçəl qırxıblar. Bu hərəkət Cəzaların İcrası Məcəlləsinə və daxili nizam qaydalarına tamamilə ziddir. Bu insan ləyaqətinin alçaldılmasıdır. Bəşir bəy mənə dedi ki, heç bir qayda pozuntusuna yol verməyib. Əgər, bu olsa belə, başı keçəl qırxmaq cəza metodu deyil. Baş verənlə bağlı Penisentiar Xidmətə və həbsxanan rəhbərliyinə müraciət olunacaq. Reaksiyadan asılı olaraq məhkəməyə də müraciət edə bilərik».

AzadlıqRadiosu məsələyə aydınlıq gətirmək üçün Penitensiar Xidmətə sorğu ünvanlayıb. Xidmətdən hələlik sorğuya cavab verilməyib.

Bəşir Süleymanlı ötən il mayın 26-da 3 il 6 ay müddətinə azadlıqdan həbs olunub. O, külli miqdarda mənimsəmə, mütəşəkkil dəstə tərəfindən qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunur. Bəşir Süleymanlı Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.

Bəşir Süleymanlı həbsini siyasi sifariş hesab edir.

Azərbaycan hakimiyyəti isə dəfələrlə bəyan edib ki, ölkədə heç kim siyasi fəaliyyətinə görə təqib, həbs edilmir

Günün bütün mövzuları

XS
SM
MD
LG