Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:01

NATO-nun baş katibi Rusiyanı Gürcüstana qarşı sanksiyaları ləğv etməyə çağırıb


NATO-nun baş katibi Yaap de Hoop Sxeffer Rusiyanı Gürcüstana qarşı cəza tədbirlərini ləğv etməyə çağırıb.


Oktyabrın 26-da Moskvada Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan sonra Sxeffer hər iki tərəfi təmkinli olmağa səsləyib. Həmçinin deyib ki, Rusiya-Gürcüstan münasibətlərindəki mövcud problemlər NATO-nun Gürcüstanla intensiv dialoqa başlamasıyla əlaqələndirilməməlidir.


Rusiyanın müdafiə naziri Sergey İvanov isə NATO-nun baş katibi ilə keçirdiyi birgə mətbuat konfransında Tbilisinin Cənubi Osetiya və Abxaziyaya dair siyasətini belə dəyərləndirib:


«Bütün əlamətlərə görə hiss edirik, görürük ki, Gürcüstan hakimiyyəti bu münaqişələri zorla həll etməyə meyllidir. Bu da təbii ki, Gürcüstan ərazisində yaşayan azsaylı xalqların – vətəndaşların həyatı, təhlükəsizliyi üçün öncədən söylənməsi mümkün olmayan nəticələrə gətirə bilər».


Bundan qabaq Rusiyanın Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko demişdi ki, NATO ilə intensiv dialoq Gürcüstanı Moskvaya qarşı provokasiyaya şirnikdirir.


Gürcüstan ötən ay Rusiyanın dörd zabitini casusluq ittihamı ilə qısamüddətli həbsdə saxlayandan sonra Moskva Tbilisiyə qarşı bir sıra sanksiyalar tətbiq edib.


XS
SM
MD
LG